ABŞ bu ölkə üzərində gizli əməliyyatlara başladı

ABŞ-ın son həftələrdə Kuba sahilləri yaxınlığında kəşfiyyat fəaliyyətini əhəmiyyətli dərəcədə artırdığı bildirilir.

Bu barədə “The İndependent” məlumat yayıb.

Qeyd olunub ki, bölgədə ABŞ-a məxsus kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatlarının uçuşları intensivləşib. Müşahidə və məlumat toplamaq məqsədilə P-8, RC-135 və MQ-4 tipli hava vasitələrindən istifadə olunur.

Nəşr hesab edirlər ki, Vaşinqton bölgədəki hərbi və strateji aktivliyi daha yaxından izləməyə çalışır. Eyni zamanda kəşfiyyat təyyarələrinin uçuşu gizli əməliyyat prosesi kimi qiymətləndirilir./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki