Avqustun 1-dən ABŞ Yaponiya və Cənubi Koreyadan Amerika bazarına idxal edilən bütün mallara 25%-lik vahid tarif tətbiq edəcək.
Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Biz bu ölkələrin tarif və qeyri-tarif maneələrinin yaratdığı ticarət kəsirlərinə son qoymalıyıq. Buna görə də daxil olan bütün mallara 25% rüsum tətbiq edirik”, – o yazıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Yaponiya və Cənubi Koreyadan cavab tədbirləri görüləcəyi təqdirdə, ABŞ rüsumları daha da artırmaq hüququnu özündə saxlayacaq.
Qed edək ki, aprel ayında Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq edib. İyul ayında Trump ABŞ-ın BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə 10% tariflər tətbiq edəcəyini söyləyib./Globalinfo.az