ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar partiyalarının təklif etdikləri layihələr üzrə hər iki səsvermə uğursuz olub.
Referans xəbər verir ki, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 52 əleyhinə səs toplayıb.
Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub. Bu layihə də 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini keçməyib.
Qeyd edək ki, ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir. Həmin vaxtdan bəri altı dəfə səsvermə keçirilib.
