ABŞ-ın Nyu-Meksiko ştatında kiçik bir tibbi təyyarə qəzaya uğrayıb.
Referans Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarının bəyanatına istinadla məlumat yayıb.
Bildirilib ki, hadisə cümə axşamı səhər saatlarında Ruidoso şəhəri yaxınlığında baş verib.
Təyyarənin göyərtəsində olan dörd nəfərin hamısı həlak olub. Linkoln dairəsinin idarəçisi Ceyson Berns qəzanın səbəbinin hələlik məlum olmadığını bildirib. Təyyarə yerə düşdükdən sonra ərazidə yanğın başlayıb və yanğınsöndürmə xidmətinin hesablamalarına görə, alov təxminən 2 hektar sahəni bürüyüb.//publika.az
