ABŞ-da universitetdə baş verən atışma zamanı yaralanan və ölənlərin sayı AÇIQLANDI

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb, xəsarət alanların sayı doqquza yüksəlib.

Referans MEDİA xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat yayıb.

Məlumata əsasən, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir./APA/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki