ABŞ aprelin sonuna qədər Yaxın Şərqə 10 mindən çox əlavə əsgər göndərməyi planlaşdırır.
Referans Media xəbər verir ki, bunu “The Washington Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, təxminən 6000 əsgər “USS George HW Bush” təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilərlə bölgəyə gələcək. Daha 4200 əsgər isə Boxer desant qrupunun və 11-ci Dəniz Ekspedisiya Bölməsinin tərkibində olacaq.
“USS George HW Bush”un gəlişi ilə bölgədəki Amerika təyyarədaşıyan gəmilərinin sayı, “USS Abraham Linkoln” və “USS Gerald Ford” ilə birlikdə üçə çatıb.
Daha əvvəl bildirilmişdi ki, İranla münaqişənin başlanğıcından bəri əməliyyatda təxminən 50.000 Amerika əsgəri iştirak edib.
Lakin qeyd olunur ki, köçürmə ilə bağlı məlumatlar müstəqil təsdiq almamışdır./”Unikal”























