ABŞ-dan rezonans doğuran qərar: Ukrayna ilə bağlı bunu etmək qadağandır

  ABŞ kəşfiyyatı Rusiya və Ukrayna ilə aparılan danışıqlarla bağlı məlumatların müttəfiqlərlə paylaşılmasını qadağan edib. 

Referans  xəbər verir ki, Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsiz Qabbard bu barədə müvafiq sənəd imzalayıb.

Qabbardın imzaladığı sənəd direktiv danışıqlar prosesi ilə bağlı bütün məlumatları, o cümlədən təhlilləri “Noforn” kimi təsnif edir (digər ölkələrə ötürülmür).

 Qeyd edək ki, yaxın zamanda ABŞ, Rusiya və Ukrayna liderləri arasında üçtərəfli görüşün keçirilməsi təklif olunur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki