ABŞ Daxili Təhlükəsizlik Naziri: Minneapolisdə 10 mindən çox qanunsuz miqrant saxlanılıb

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem Minnesota ştatının Minneapolis şəhərində keçirilən əməliyyatlar çərçivəsində 10 mindən çox qanunsuz miqrantın saxlanıldığını açıqlayıb.

Referans Media xəbər verir ki, Noem ABŞ mərkəzli X sosial şəbəkəsindəki hesabında verdiyi açıqlamada Daxili Təhlükəsizlik Nazirliyinə tabe qurumların şəhərdə miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar apardığını bildirib.

Əməliyyatlar zamanı cinayət qeydi olduğu deyilən 10 mindən artıq qanunsuz miqrantın tutularaq nəzarətə götürüldüyünü qeyd edən Noem, bu şəxslərin ictimai təhlükəsizlik üçün təhdid yaratdığını iddia edib.

Nazir son 6 həftə ərzində daha 3 min qanunsuz miqrantın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını bildirərək, sözügedən əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında isə saxlanılan bəzi miqrantlarla bağlı əlavə məlumatlar paylaşılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki