image-iran-absbackend

ABŞ-dən şok ittiham: İran Türkiyə və Azərbaycana da hücum planlaşdırır

ABŞ rəsmilərindən İranla bağlı diqqət çəkən açıqlama səsləndirilib.

Referans Media  xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Valts İranın regionda gərginliyi artıran strategiya həyata keçirdiyini bildirib.

Diplomatın sözlərinə görə, Tehran regionda sabitliyi pozmaq və müxtəlif istiqamətlərdə gərginlik yaratmaq siyasəti yürüdür. O qeyd edib ki, İranın hazırkı strategiyası “xaos yaymaq, hər yerə atəş açmaq və hətta Türkiyə və Azərbaycan kimi ölkələrə hücum etmək” kimi təhlükəli yanaşmanı ehtiva edir.

Valts vurğulayıb ki, bu siyasət əslində əks effekt verir və İranın beynəlxalq təcridini daha da gücləndirir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki