ABŞ hücum etdi, Sakit okean qan içindədir: Ölənlər var

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıdığı müəyyən edilən qayıqlara qarşı keçirdiyi əməliyyatlar nəticəsində son iki gündə ümumilikdə 6 nəfərin öldüyünü açıqlayıb.

Referans Media xəbər verir ki, Amerika Birləşmiş Ştatları Cənub Komandanlığı (SOUTHCOM) bildirib ki, əməliyyatlar “narko-terrorist” qruplara qarşı aparılır və bölgədə narkotik qaçaqmalçılığı ilə mübarizə davam edir.

Açıqlamaya görə, Sakit okeanın şərqində narkotik daşıdığı müəyyən edilən bir qayığa hava və ya dəniz əməliyyatı nəticəsində müdaxilə edilib. Nəticədə 4 nəfər öldürülüb, ABŞ hərbçiləri isə zərər görməyib.

Əməliyyat əmri Cənub Komandanlığının rəhbəri general Frensis Donovan tərəfindən verilib.

Bildirilib ki, bir gün əvvəl həyata keçirilən başqa bir əməliyyatda da narkotik daşıdığı iddia edilən qayıq hədəfə alınıb və 2 nəfər öldürülüb.

Beləliklə, son iki əməliyyatda ümumilikdə 6 nəfərin həyatını itirdiyi qeyd olunub.

ABŞ ordusu bölgədə “Cənub Nizəsi Əməliyyatı” çərçivəsində Karib hövzəsi və Sakit okeanın şərqində narkotik qaçaqçılığına qarşı əməliyyatların davam etdiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki