ABŞ-ı hədəf alan 5 şübhəli ilə bağlı Britaniyadan gözlənilməz qərar

Böyük Britaniyada ABŞ hərbi qüvvələrinin istifadə etdiyi “RAF Fairford” aviabazasının yaxınlığında terror aktının hazırlanmasında şübhəli bilinərək saxlanılan beş nəfər zaminə buraxılıb.

Referans Media Britaniyanın Terrorizmlə Mübarizə Polisinin yaydığı məlumata istinadən xəbər verir ki, şübhəlilər dindirildikdən və araşdırmalardan sonra sərbəst buraxılıb, lakin onların hərəkətləri və digər şəxslərlə əlaqələri məhdudlaşdırılıb. İstintaq davam edir.

“Sky News”un məlumatına görə, Britaniya polisi hadisə ilə bağlı bir neçə istiqamətdə araşdırma aparır və İranla mümkün əlaqəni də nəzərdən keçirir. İran tərəfi isə bu iddiaları rədd edib.

Qeyd edək ki, beş nəfər sentyabrın 27-də aviabazanın yaxınlığındakı Uelford ərazisində saxlanılıb./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki