Rusiyada güclü partlayış: Ölənlər var

Rusiyanın Yaroslavl vilayətində yerləşən istehsal müəssisəsində baş verən yanğın və partlayış nəticəsində 5 nəfər ölüb.

Referans Media xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsi məlumat yayıb.

Bildirilir ki, dağılan konstruksiyaların sökülməsi zamanı 5 nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın isə xəstəxanaya çatdırılıb.

Yanğın müəssisənin ərazisindəki iki binada baş verib. Hadisənin söndürülməsinə 100-dən çox əməkdaş və 40 texnika cəlb olunub. Yanğın lokallaşdırılıb.

Rusiya teleqram kanallarının məlumatına görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Daha sonra alov genişlənib və partlayış baş verib. Nəticədə iki bina dağılıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki