İran Hörmüz boğazında tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması müqabilində ölkənin dondurulmuş aktivlərinin sərbəst buraxılmasını təklif edib.
Referans Media xıbır verir ki, İSNA-nın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Nyu-Yorkda bir sıra vasitəçilərlə görüş keçirib.
Görüşlərdə ABŞ-ın birbaşa iştirakı olmadan Tehran və Vaşinqton arasında danışıqların bərpası imkanları müzakirə olunub. Məlumata görə, Tehran strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açılması qarşılığında İranın xarici ölkələrdə dondurulmuş aktivlərinin azad edilməsini tələb edir.
İran tərəfi ABŞ-dan bu təklifə cavab gözlədiyini bildirib və mövcud şərtlərindən geri çəkilmək niyyətində olmadığını vurğulayıb./Globalinfo.az
