İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşdı

İran ABŞ-ın sanksiyaları yumşaltması qarşılığında uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.

Referans Media xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın Pakistandakı mənbələrinin bildirdiyinə görə, razılaşmanın əldə olunmasına İranla ABŞ arasında danışıqlarda vasitəçilik edən şəxslər kömək göstərib.

İranın rəsmi nümayəndələri yayılan məlumatla bağlı hələlik açıqlama verməyiblər.

Bundan əvvəl “Axios” portalının müxbiri və İsrailin 12-ci kanalının jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, Prezident Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-ın tələblərini yerinə yetirməsi müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasına və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına hazırdır.

Qeyd edək ki, son proseslər fonunda “Reuters” ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsinin gözlənildiyini yazıb. İddiaya görə, qətərli vasitəçilərin bu gün və ya sabah İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca görüşməsi, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparması gözlənilir.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki