ABŞ-ın gözləntisi puça çıxdı: İranla bağlı inanılmaz xəbər

İran hərbi potensialını ABŞ-ın proqnozlarından daha sürətlə bərpa edir.

Bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, altı həftəlik atəşkəs dövründə Tehran artıq BPL istehsalını yenidən başlatmışdır.

ABŞ kəşfiyyatı hesab edir ki, İran bütün gözləntiləri aşaraq 6 ay ərzində zərbə dronlarının potensialını tam bərpa edəcək. Sürətli böyüməyə Çindən gələn komponentlər və Rusiya Federasiyasının dəstəyi kömək edir.

İranda dronların təxminən 50%-i və raket buraxıcılarının üçdə ikisinə qədəri sağ qalıb ki, bu da CENTCOM-un ölkənin müdafiə sənayesinin 90%-nin məhv edilməsi ilə bağlı açıqlamalarını təkzib edir.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki