Türkiyə prezidenti Rəcəb Ərdoğanın administrasiyası ABŞ-ın “Zəngəzur dəhlizi”ni idarə etmək niyyəti ilə bağlı plandan xəbərsizdir.
Bu barədə “RİA Novosti”yə Türkiyə prezidentinin administrasiyasından bildiriblər.
Bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak Ermənistanla Azərbaycan arasındakı 32 kilometrlik yola ABŞ-ın uzunmüddətli icarə əsasında nəzarət edə biləcəyi haqda danışıb.
“Bizim bundan xəbərimiz yoxdur, ona görə də şərh verə bilmərik”, – deyə Ərdoğan administrasiyası agentliyə bildirib.
Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan amerikalı diplomatın bəyanatlarını şərh edərkən bildirib ki, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın səsləndirdiyi variant qəbuledilməzdir və hüquqi baxımdan qeyri-mümkündür.//publika.az