image-iran-abd-reu-1525019backend

ABŞ-İran müharibəsi ilə bağlı sürpriz xəbər: Məlumat sızdırıldı

Donald Tramp İranla hərbi münaqişənin davam etdirilməsində maraqlı deyil.

Referans Media xəbər verir ki, bu barədə “Axios” nəşrinin ABŞ administrasiyasında adı açıqlanmayan rəsmi şəxsə istinadən yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Tramp administrasiyası hazırkı mərhələdə eskalasiyanın qarşısını almağa üstünlük verir. Bununla belə, rəsmi şəxs qeyd edib ki, zərurət yaranacağı təqdirdə ABŞ hərbi əməliyyatları yenidən başlamağa hazırdır.

Qeyd olunur ki, Vaşinqton vəziyyəti diqqətlə izləyir və regiondakı inkişaflara uyğun olaraq qərarlarını formalaşdırır./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki