ABŞ İrana 48 saat verdi: Cavab gözlənilir

ABŞ 48 saat ərzində İrandan əsas məsələlərlə bağlı cavab gözləyir.

Referans Media  xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilir ki, mümkün razılaşma nüvə proqramı və sanksiyalar məsələsini əhatə edir. Plan çərçivəsində İranın uranın zənginləşdirilməsinin dayandırılması, ABŞ-ın isə sanksiyaların yumşaldılması və ya ləğvi nəzərdə tutulur.

Bundan əlavə, razılaşmanın Hörmüz boğazı üzərindən keçidlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da əhatə edə biləcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki