ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun kommersiya gəmiçiliyi üçün açıq qaldığını bildirib.
Referans Media xəbər verir ki, bu barədə CENTCOM-un "X" hesabında bildirilib:
"İran hökuməti növbəti dəfə Hörmüz boğazının bağlandığını bəyan edir. Bu, yalandır".
Qeyd edilib ki, Hörmüz boğazı ticarət gəmilərinin tranziti üçün açıqdır, İran isə bu beynəlxalq su marşrutuna nəzarət etmir./Publika.az
