Üç ölkə İspaniyanın Şengen zonasından çıxarılmasını dəstəkləyir

Finlandiya daxili işlər naziri Mari Rantanen İtaliya baş naziri Corciya Meloninin İspaniyanın Şengen zonasından çıxarılmasını nəzərdən keçirmək təklifini dəstəkləyib.

Referans Media xarici mediaya istinadla xəbər verir ki, Meloni xarici sərhədlərini qorumayan ölkələrin müqavilənin tərəfi olaraq qalmamalı olduğunu bildirib.

Finlandiyalı nazirin sözlərinə görə, İspaniya Şengen zonasının xarici sərhədlərini qoruya bilməyib. O, hesab edir ki, bu öhdəliyi yerinə yetirməyən ölkələr müqavilənin üzvü olaraq qalmamalıdır.

Bu açıqlamalara Şimali Afrika sahillərində yerləşən İspaniyanın Seuta muxtar şəhərinə gələn miqrantların sayının kəskin artması səbəb olub.

Media xəbərlərinə görə, kütləvi miqrant axını İspaniya məhkəməsinin qanunsuz miqrantların sərhəddən tez bir zamanda geri qayıtmasına imkan verən sadələşdirilmiş "isti deportasiya" prosedurunu ləğv etmək qərarından sonra baş verib.

Danimarkanın baş naziri Mette Frederiksen də Aİ-ni dərhal lazımi tədbirlər görməyə və Şengen zonası daxilində İspaniya ilə əməkdaşlığı dayandırmaq da daxil olmaqla bütün variantları nəzərdən keçirməyə çağırıb.

Hələlik Aİ ölkələri tərəfindən İspaniyanın Şengen zonasındakı üzvlüyünə yenidən baxılması ilə bağlı heç bir rəsmi qərar qəbul edilməyib.  Corciya Meloni, Mette Frederiksenin və Mari Rantanenin açıqlamaları öz dövlətlərinin mövqeyini əks etdiri, ancaq İspaniyanın Şengen sazişindən çıxarılması üçün rəsmi prosedurun başladığını bildirmir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki