Tramp İranı hədələdi: Məhv edəcəyik!

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarını tamamilə sıradan çıxarmaqda qərarlı olduqlarını bəyan edib.

Referans Media xəbər verir ki, o, bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib,

Onun sözlərinə görə, ABŞ son beş ay ərzində İranın hərbi potensialına ciddi zərbələr endirib.

Trampın bildirib ki, İranın müəyyən hərbi imkanları hələ də qalsa da, onların da yaxın zamanda aradan qaldırılması planlaşdırılır.

ABŞ lideri əlavə edib ki, Vaşinqton lazım gələrsə, İran ərazisinə daha güclü zərbələr endirməkdən çəkinməyəcək.

O, həmçinin xəbərdarlıq edib ki, İran ABŞ-ın tələblərini yerinə yetirməsə, hərbi əməliyyatlar yenidən başlaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki