İran sərhədi yaxınlığında ABŞ istehsalı olan “Northrop Grumman MQ-4C Triton” kəşfiyyat pilotsuz təyyarəsi aşkar edilib.
Referans Media xəbər verir ki, bu barədə dünya üzrə təyyarələrin hərəkətini izləyən “Flightradar24” saytı məlumat yayıb.
Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarə Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasından havaya qalxaraq Fars körfəzinin hava məkanına daxil olub.
Təxminən eyni vaxtda “Lockheed C-130J Hercules” təyyarəsi Qətərdəki bazadan havaya qalxıb.
Xatırladaq ki, bundan əvvəl Fars körfəzi səmasında ABŞ hərbi təyyarəsi “Boeing KC-135R Stratotanker” görülmüşdü./Publika.az























