image-xamneyni-tekbackend

“ABŞ-nin məqsədi İranı “udmaqdır”” – Əli Xamenei

İranın ali rəhbəri Əli Xamenei ölkədə baş verən son kütləvi etiraz aksiyalarına münasibət bildirərək, iğtişaşların arxasında ABŞ-nin dayandığını bəyan edib. O, məqsədin İranı zəiflətmək və nəzarət altına almaq olduğunu bildirib.

 

Referans Media xəbər verir ki, hadisələrin davam etdiyi bir vaxtda İran dövlət televiziyasının məlumatına görə, Əli Xamenei Tehranda xalqa müraciət edib.

 

Çıxışı zamanı ABŞ rəhbərliyini kəskin tənqid edən Xamenei bildirib ki, son hadisələrdə ABŞ prezidenti birbaşa rol oynayıb:

 

“Son iğtişaşlarda birbaşa ABŞ prezidenti ortaya daxil oldu. O, danışdı, hədələdi və iğtişaşçıları təşviq edib dəstəklədi. Biz ABŞ prezidentini həm insan itkilərinə, həm də vurulan ziyanlara görə məsuliyyətli sayırıq”.

 

Xamenei vurğulayıb ki, Vaşinqtonun siyasəti hər zaman İranı zəiflətmək üzərində qurulub:

 

“Son iğtişaşlar ABŞ-nin əli var idi və onların məqsədi İranı “udmaqdır”.

 

İran lideri ölkəni müharibəyə sürükləmək istəmədiklərini qeyd etsə də, ABŞ və İsrailin son hadisələrdə rolunun olduğuna dair dəlillərin mövcud olduğunu iddia edib:

 

“ABŞ və İsrailin bu hadisələrdə barmağı olduğuna dair sübutlar var. İran xalqı bu prosesin yerli və beynəlxalq günahkarlarının arxasınca getməkdən heç vaxt vaz keçməyəcək”.

 

Xatırladaq ki, paytaxt Tehranda yanvarın 8-də etirazların daha da şiddətlənməsindən sonra İran hakimiyyəti ölkə üzrə internetə çıxışı məhdudlaşdırmışdı. Rəsmi qurumlar bu addımın təhlükəsizlik məqsədilə atıldığını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki