ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlar aparmaq üçün İslamabada gəlib.
Referans Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Vitse-prezidentin rəhbərlik etdiyi heyətə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner, Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri daxildir.
Birbaşa danışıqların bu gün başlaması planlaşdırılır.//Teleqraf
