ABŞ Prezidenti Donald Tramp Kubaya dair açıqlamaları ilə beynəlxalq gündəmi yenidən zəbt edib. Tramp bildirib ki, “Kübanı almaq şərəfi mənim olacaq” və ABŞ adanın üzərində istədiyi addımları ata biləcək gücə malikdir.
Referans Media xəbər verir ki, Tramp ABŞ-ın uzun müddətdir Kuba ilə münasibətlərini izlədiyini və ölkənin hazırda “çox zəifləmiş” vəziyyətdə olduğunu iddia edib.
Prezident, “Onu azad edərəm, alaram, ya da istədiyim hər şeyi edərəm, bunu bilmirəm. Amma Kuba ilə istədiyim hər şeyi edə biləcəyimi düşünürəm” deyə açıqlamasında bildirib.
Kuba hazırda ciddi enerji böhranı yaşayır. Ölkə üzrə elektrik kəsintiləri geniş vüsət alıb. ABŞ, Venesueladan Kubaya gedən neft tədarükünü dayandıraraq adadakı enerji və iqtisadi böhranın dərinləşməsinə səbəb olub.
Buna paralel olaraq, ABŞ-Kuba diplomatik əlaqələri çərçivəsində, Vashington hökuməti müzakirələrdə Migel Dias-Kanelin istefasını gündəmə gətirib. Migel Dias-Kanel isə ABŞ ilə danışıqların yalnız “suverenlik, bərabərlik və qarşılıqlı hörmət” prinsipləri çərçivəsində aparıla biləcəyini vurğulayıb və ölkənin daxili işlərinə müdaxiləyə yol verməyəcəyini bildirib.
Ekspertlər Trampın sərt açıqlamalarının bir neçə əsas səbəbdən irəli gəldiyini qeyd edirlər:
Rejim dəyişikliyi məqsədi – ABŞ Kubadakı kommunist idarənin dəyişməsini hədəfləyir. Enerji və iqtisadi böhrandan faydalanmaq – ABŞ-ın neft tədarükünü dayandırması ölkədə uzunmüddətli elektrik kəsintilərinə səbəb olub. Karib regionunda strateji üstünlük – Kuba ABŞ sahillərinə yaxın və strateji mövqedədir. Daxili siyasət və seçici bazası – Floridadakı Kuba mənşəli seçicilər sərt siyasəti dəstəkləyir. “Dostyana ələ keçirmə” yanaşması – Tramp adada siyasi dəyişikliklərin mümkünlüyünü işarə edən bəyanatlar verib.
Hazırda ABŞ-Kuba münasibətləri gərgin olaraq qalır və bu açıqlamalar beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
