ABŞ Sakit okeanda döyüş başlıqsız “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı məlumat verilib.
Məlumata görə, raket ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasından Marşall adalarındakı poliqona atılıb.
Uçuşun məsafəsi təxminən 6.8 min km təşkil edib.
Qeyd edək ki, “Minuteman III” qitələrarası ballistik raketinin mənzili 12 min km təşkil edir.






















