ABŞ rəsmiləri Trampı nüvə sınaqlarından vaz keçirməyə çalışır

  ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri prezident Donald Trampı yaxın zamanda planlaşdırılan nüvə silahı sınaqlarını həyata keçirməməyə razı salmağa çalışırlar. Bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb.Xəbərə əsasən, Tramp 6 noyabrda Müdafiə Nazirliyinə ABŞ-ın nüvə sınaqlarını “digər ölkələrlə eyni şərtlərdə” bərpa etməyə hazırlaşmaq barədə göstəriş verib. Lakin prezident bununla bağlı əlavə izahat və ya konkret təlimat təqdim etməyib.

Hazırda Ağ Ev və Pentaqon daxilində məsələ ilə bağlı intensiv müzakirələr aparılır. ABŞ rəsmiləri belə bir addımın qlobal təhlükəsizliyə ciddi təsir göstərə biləcəyini və Vaşinqtonun uzun illərdir davam etdirdiyi nüvə sınaqlarının dayandırılması siyasətini poza biləcəyini vurğulayırlar.

Mövzu ilə bağlı rəsmi açıqlama hələlik verilməyib. //Musavat.com   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki