ABŞ Rusiyanın İran müharibəsindən qazancını “rüsvayçılıq” ADLANDIRDI

Rusiyanın ABŞ, İsrail və İran arasındakı müharibədən qazanc əldə etməsi Vaşinqton üçün “rüsvayçılıqdır”.

Referans Media   xəbər verir ki, bu sözləri ABŞ senatoru Mark Kelli X sosial media hesabında yazıb.

Senator qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın başlatdığı müharibədən indiyə qədər Rusiya “ən çox faydalanıb” və Rusiya Prezidenti Vladimir Putin Amerika liderinin etimadından “sui-istifadə edib”.

“Neft qiymətlərinin artması Putinin müharibə maşınını maliyyələşdirməyə kömək edir, lakin bazarları sabitləşdirmək üçün Rusiya neftinə qarşı sanksiyalar yumşaldılır. Putin Trampın etimadını qazanır, ruslar isə İrana qoşunlarımızı vurmağa kömək edir. Bu, strategiya deyil, bu, rüsvayçılıqdır”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki