SHOW TV-də yayımlanan “Bahar” serialında “Maral” obrazını canlandıran gənc aktrisa Hayal Köseoğlu, bir müddətdir münasibətdə olduğu həmkarı Nezir Çınarlıdan evlilik təklifi alıb.
Referans Media xəbər verir ki, daha əvvəl “Mucize Doktor”, “Mahkum”, “Ufak Tefek Cinayetler” kimi seriallarda rol alan, hazırda isə Demet Evgar və Buğra Gülsoyun baş rollarda çəkildiyi “Bahar” serialında yer alan Hayal Köseoğlu ötən axşam yeni yaşını qeyd edib. 1992-ci il təvəllüdlü tanınmış aktrisa ad gününü sevdikləri ilə birlikdə keçirib. Gecənin ən böyük sürprizi isə aldığı evlilik təklifi olub.
Ən xoşbəxt günü
Hayal Köseoğlu bir müddətdir sevgi münasibəti yaşadığı aktyor Nezir Çınarlı ilə evlilik yolunda ilk addımı atıb. Çınarlı Köseoğluna romantik evlilik təklifi edib. Aktrisanın “bəli” dediyi anlar sosial şəbəkə hesabında da paylaşılıb. Hayal Köseoğlu və Nezir Çınarlı “Hudutsuz Sevda” serialının çəkiliş meydançasında tanış olublar. Onların dostluğu bir müddət sonra sevgi münasibətinə çevrilib.
Nezir Çınarlı kimdir?
Ersoy Nezir Çınarlı 4 fevral 1992-ci ildə İzmir şəhərində anadan olub. İlk və orta məktəb təhsilini başa vurduqdan sonra Dokuz Eylül Universitetinin Gözəl Sənətlər Fakültəsində təhsil alıb. 2009-cu ildə teatr səhnəsində aktyorluq fəaliyyətinə başlayıb. 2019-cu ildə “Söz” serialında canlandırdığı Gökhan Boybelen Yiğido obrazı ilə tanınıb.






















