Hökumətdən qayka və bolt QƏRARI – Kim itirir, kim qazanır…

Azərbaycandan ixrac olunan vint, bolt və qaykaların gömrük tarifi 20 dəfə artırılacaq. Bununla bağlı Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı müvafiq qərar oktyabrın 23-də qüvvəyə minib. Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonunadək 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb. Tarif artımı 23.10.2026 - 31.12.2029-cu illər tarixini əhatə edəcək.

Qiymətlər artır: Tikinti bazarını nə gözləyir? — TodayPress.tv

İqtisadçıların fikrincə, xüsusilə məhsullarını xarici bazarlara satan, qiymət rəqabəti aparan və mənfəət marjası aşağı olan müəssisələr təzyiqlə üzləşə bilər. Bununla belə, qərarın yerli istehsalı stimullaşdırmaq və xammalın ölkə daxilində emalını təşviq etmək kimi mümkün müsbət məqsədləri də var.

Bu qərar, yəni tariflərin kəskin artırılması kimlərə mənfi təsir edəcək? Bu sahənin sahibkarlarının işinə zərər vuracaqmı, yoxsa istehsalı stimullaşdıracaq?

İqtisadçı Eyyub Kərimli Musavat.com-a bildirib ki, bu qərarın əsas təsir dairəsi daha çox mis materialdan hazırlanan məhsullara yönəlib: “Bu tariflər şayba, vint, bolt və qaykanın misdən hazırlanan materialına şamil olunacaq. Sözsüz ki, bu qərarın iki əsas təsiri mövcud olacaq: ilk növbədə daxildə bu məhsulların qiyməti ucuzlaşacaq. Xarici ixracatçılar üçün isə bu qərar müəyyən çətinliklər - bahalaşma və əlavə maliyyə yükü yaradacaq. Çünki 20 dəfə bahalaşma ciddi maliyyə yüküdür və maliyyə itkisidir”.

Əyyub Kərimli: Rəqəmsallaşma yalnız dövlət qurumlarını deyil, həm də  cəmiyyəti əhatə etməlidir - AZƏRTAC

Onun sözlərinə görə, lakin bu məmulatlardan istehsalda istifadə olunursa, daha sərfəli və ucuz qiymətlə həmin məhsulları əldə etməyə imkan verəcək. Ekspert bildirib ki, digər məhsullarda da qiymətin ucuzlaşmasına təsir edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki