Xəbər verdiyimiz kimi,Xətai rayonunda kafedə kütləvi dava-dalaş baş verib.
Ölümlə nəticələnən hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava Green Tone” ailəvi restoranında baş verib.
Hadisə zamanı Ceyhun adlı şəxs qətlə yetirilib. O, "Ceyhun Sabunçu" kimi tanınır.
Referans Media bildirir ki,hadisələrdə iştirak edənlərdən və saxlanılanlardan biri də Xətai Rayon Məhkəməsinin hakimi Orxan Əlizadənin qardaşı Əhməd Əlizadədir.
Orxan Əlizadə 2025-ci ilin dekabrnda hakim təyin olunub.O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.Onların atası AMİP sədri, deputat Arzuxan Əlizadədir.
Deputatın 3 övladı var.
//Oxu24.com
