Üzərində tapança da var imiş - ŞOK ADLAR bilindi

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda kafelərin birində ölümlə nəticələnən kütləvi dava olub.

Referans Media Unikal-a istinadla xəbər verir ki, hadisə ilə bağlı yeni detallar məlum olub.

Belə ki, Emil və Elnar adlı şəxs Ceyhunla görüşə gəliblər. Ceyhungil tərəfdən 10-dan çox adam olub. Onlar arasında "Yeraz Elvin" , "Razin Xəyyam", Reabilitasiya işlədən Kamran və Həsən, eyni zamanda, deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.

Tərəflər arasında mübahisə zamanı Emil və Elnar Ceyhunu vurublar. Hətta Emilin üstündən tapança da yerə düşüb. Emil və Elnar hadisə yerindən qaçıblar.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən hər iki şəxs axtarışdadır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki