Referans Media xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar məbləğində büdcə ayrılacağını açıqlayıb.
Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, vəsait Qəzza Sülh Şurasına üzv ölkələrin öhdəlikləri çərçivəsində formalaşıb və bölgənin bərpasına yönəldiləcək. Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək toplantıda 20-dən çox ölkə iştirak edəcək və ABŞ prezidenti Donald Trump açılış nitqi ilə çıxış edəcək.
Qeyd olunub ki, vəsaitin istifadəsi ilə bağlı qərarları Sülh Şurası qəbul edəcək və üzv dövlətlər maliyyələşmə məsələlərində səs hüququna malik olacaqlar.
