Ağ Ev İran Futbol Federasiyasının (FFIRI) 2026-cı il Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Belçika ilə oyundan (21 iyun) iki gün əvvəl ABŞ-a uçmaq üçün müraciətlərinin rədd edilməsindən narazılıq etməsinə cavab verib.
İran tərəfi açıqlamasında FİFA-ya şikayət etmək niyyətini vurğulayıb.
Referans Media xəbər verir ki, bu barədə Ağ Evin FIFA İşçi Qrupunun icraçı direktoru Endryu Culiani danışıb.
“Komandanın oyundan bir gün əvvəl gəlməsinə icazə veriləcək. Onlardan oyun bitdikdən bir gün sonra ölkəni tərk etmələri xahiş olunacaq”, – Culiani “CBS News”a verdiyi müsahibədə bildirib.//Publika.az
