İran Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib.
Referans Media xəbəır verir ki, bu barədə İran XİN-in yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, nazirliyin rəsmi nümayəndəsi Hörmüz boğazının bağlanması ilə bağlı yayılan məlumatları əsassız adlandırıb.
Açıqlamada həmçinin vurğulanıb ki, İran Silahlı Qüvvələri Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün zəruri tədbirlər həyata keçirib. Bildirilib ki, bu addımlar ABŞ və İran arasında mövcud memorandum çərçivəsində reallaşdırılır.
“Hazırda gəmiçilik fəaliyyəti normal qaydada davam edir”, – deyə İran Xarici İşlər Nazirliyindən vurğulanıb./globalinfo.az
