BƏƏ 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edib

Yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrə sosial şəbəkəyə daxil olmaq qadağası tətbiq edən ölkələrin sayır artır.

Referans Media xarici mediaya istinadla xəbər verir ki Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti uşaqların sosial mediaya çıxışını tənzimləyən yeni qaydalar qəbul edib.

Bildirilir ki, BƏƏ 15 yaşdan kiçik uşaqlara bu platformalarda hesab yaratmaq və ya istifadə etmək, məzmun dərc etmək, şərh yazmaq və ya qruplara qoşulmağı qadağa tətbiq edən ilk ərəb ölkəsidir.
"Bu addım BƏƏ-nin qlobal rəqəmsal transformasiya ilə uyğunlaşan və uşaq təhlükəsizliyinə üstünlük verən qabaqcıl qanunvericilik modellərinin hazırlanmasına sadiqliyini əks etdirir", - deyə hökumət qeyd edib.

Fərmanda deyilir ki, 15-16 yaş arası uşaqlar yaşa uyğun məzmun, qarşılıqlı əlaqə məhdudiyyətləri, tənzimlənən istifadə müddəti və valideyn nəzarəti nəzərə alınmaqla platformalara tənzimlənən və təhlükəsiz giriş imkanı ilə təmin edilməlidir.

Platformalardan "dəqiq və etibarlı" yaş yoxlama mexanizmlərini tətbiq etmələri, uyğun olmayan hesabları izləmələri və "təcili tədbirlər görmələri" tələb olunur.

Qaydalar BƏƏ-də istifadəçilər üçün əlçatan olan bütün platformalara şamil edilir. Sosial media platformalarına müvafiq dövlət qurumları ilə əlaqələndirilərək yeni standartları tətbiq etmək üçün 12 ay vaxt verilib.

Qeyd edək ki, Avstraliya 2025-ci ilin dekabr ayında 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə tam qadağa qoyan ilk ölkə olub. Oxşar tədbirlər hazırda Fransa, İspaniya və Danimarka da daxil olmaqla bir sıra Avropa ölkələrində nəzərdən keçirilir. Kanada və Türkiyə də sosial mediaya girişi məhdudlaşdırmağı planlaşdırır. 15 iyunda Birləşmiş Krallıq 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə tam qadağa qoyduğunu elan etdi.

Artıq Azərbaycanda da müvafiq qanun layihəsi hazırlanıb../Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki