Ağaclar qanunsuz kəsildi, 7 min manatdan çox ziyan dəydi

  Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7 min 800 manat məbləğində ziyan dəyib.Referans xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı müəyyən olunan yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki