Aİ qısamüddətli səyahətlər üçün viza rejimini sərtləşdirdi

  Avropa İttifaqı üçüncü ölkələrlə vizasız gediş-gəliş qaydalarını sərtləşdirib.Referans.az xəbər verir ki, Aİ Şurası üçüncü ölkə vətəndaşlarının Şengen zonasına qısamüddətli səfərləri üçün vizasız gediş-gəlişin dayandırılması mexanizminin yenilənməsinə yekun təsdiqini verib”, – Şuranın bəyanatında deyilir.

Qeyd edildiyi kimi, vizasız gediş-gəlişin dayandırılmasının səbəbi üçüncü ölkələrin Aİ-nin viza siyasətinin tələblərinə əməl etməməsidir.

Aİ insan hüquqlarının pozulmasında ittiham etdiyi tərəfdaş ölkənin vətəndaşlarına vizasız səyahəti qadağa edəcək.

Dəyişikliklər dekabrın 7-dən qüvvəyə minəcək./Teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki