Aİ səfirləri Rusiya ilə bağlı razılığa gəldilər

  Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiyadan enerji resurslarının idxalından imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

Referans xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, çərşənbə günü keçirilən qapalı iclasda Aİ ölkələrinin səfirləri təklif olunan qanun layihəsini oktyabrın 20-də keçiriləcək görüşdə təsdiq edilməsi üçün nazirlərə təqdim etməyə razılaşıblar. 

İndi sənədin Aİ-nin xarici işlər nazirləri tərəfindən razılaşdırılması gözlənilir./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki