AK Partiya Qrup sədri Abdullah Gülər: “İmralı səfəri ilə bağlı müsbət rəyimizi bildiririk.”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 20 noyabrda keçirilən iclasda İmralı səfərini müzakirə edib. Təxminən bir saat davam edən iclasdan sonra səfərin müsbət qarşılandığı bildirilib.
AK Partiya Qrup sədri Abdullah Gülər dedi: “AKP olaraq, biz “Cümhur İttifaqı” ilə birlikdə İmralı səfəri ilə bağlı müsbət rəyimizi bildiririk.” Müzakirələrdən sonra Gülər İmralı məsələsinə müsbət yanaşdıqlarını bildirərək deyib: “Bu, dinləmə prosesidir; komitədə səsverməyə ehtiyac olmaya bilər. Səsvermə olarsa, AK Partiya lehinə səs verəcək.”
Həmçinin bildirildi ki, səfər edəcək şəxsin adı hələ dəqiqləşdirilməyib.
Referans MEDİA
Xəqani Əzizli






















