Alimlər atmosferə malik ola biləcək "super Yer" aşkar ediblər

Alimlər Yerdən 49 işıq ili uzaqlıqda yerləşən LHS 1140b adlı "super Yer" tipli ekzoplanetdə atmosferin mövcudluğunu göstərən mühüm izlər aşkar ediblər. Kəşf planetin potensial olaraq həyat üçün əlverişli ola biləcəyini göstərir.

"Science" jurnalında dərc olunan araşdırmaya görə, LHS 1140b Yerdən təxminən beş dəfə böyük kütləyə malik qayalı planetdir və ulduzunun yaşayış üçün əlverişli zonasında yerləşir. Tədqiqatçılar onun dəmir nüvəyə, silikat mantiyaya, həmçinin su və atmosferdən ibarət aşağı sıxlıqlı təbəqəyə sahib ola biləcəyini bildiriblər.

Müşahidələr zamanı planetdən sızan helium qazı qeydə alınıb. Alimlər bunun atmosferin mövcudluğuna işarə etdiyini, eyni zamanda atmosferdə oksigen kimi digər qazların da ola biləcəyini istisna etmirlər.

Bununla belə, tədqiqatçılar atmosferin mövcudluğunun hələ tam təsdiqlənmədiyini vurğulayırlar. Payız aylarında James WebbHubble kosmik teleskopları da daxil olmaqla bir neçə rəsədxananın iştirakı ilə yeni müşahidələr aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki