Lənkəranda yanğın başladı - Video

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın başlayıb.

Bu barədə Referans Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki