Yaponiyada 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı 38-ə çatdı

Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib.

Yerli hakimiyyətin məlumatına görə, dağıntılar altından xilas edilən 13 nəfərin vəziyyəti ağır olaraq qalır. Zəlzələ nəticəsində yaşayış evləri və iş yerləri də daxil olmaqla ümumilikdə 4 600 bina zərər görüb.

Hazırda 46 min ev və iş yerində su təchizatı kəsilib. 206 təxliyə mərkəzində isə təxminən 8 500 nəfər yerləşdirilib. Zəlzələnin episentri hesab olunan Uki və Hikava bölgələrində səyyar tualet və duş kabinələri quraşdırılıb.

Qeyd edək ki, yerli vaxtla saat 16:27-də, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələ yanğınlara, yol və körpülərin dağılmasına səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki