İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran ABŞ ilə danışıqlar aparmır və Omanla keçirilən görüşlər yalnız Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinə xidmət edir.
Onun sözlərinə görə, ABŞ-nin bölgədəki hərbi əməliyyatları və dəniz blokadası davam etdiyi müddətdə Hörmüz boğazındakı mövcud vəziyyət dəyişməyəcək.
Bəqayi qeyd edib ki, hazırda Pakistan vasitəçi rolunu oynayır, Qətər isə vasitəçilik səylərinə dəstək verir. O, həmçinin Çinin bölgədə gərginliyin artmasından narahat olduğunu və vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çalışdığını deyib.
İran rəsmisi əlavə edib ki, Ukraynanın Xəzər dənizində İrana məxsus gəmiyə hücumu ilə bağlı Kiyevin bunun qəsdən edilmədiyi barədə açıqlamasını əməli addımlarla təsdiqləyib-təsdiqləməyəcəyini gözləyirlər və oxşar hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlər görüləcək.
