Zelenskidən qış öncəsi mühüm qərar

Ukrayna Prezidenti Volodimir Zelenski qış mövsümünə hazırlıq məqsədilə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) xüsusi iclasını çağırıb.

Referans Media  xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

“Bu həftə planların dayanıqlılıq baxımından necə icra olunduğunu və ya yerinə yetirilmədiyini qiymətləndirmək üçün MTMŞ-nin xüsusi formatda iclası keçiriləcək. Planları icra etməyən şəxslər bunun məsuliyyətini daşıyacaqlar”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, iclasın nəticələrinə əsasən Ukraynanın xarici siyasət istiqamətləri üzrə yeni tapşırıqlar müəyyənləşdiriləcək.

Xatırladaq ki, bundan əvvəl Zelenski Ukraynanın daxili işlər nazirinin səlahiyyətlərini icra edən İqor Klimenkonu Rustem Umerovun əvəzinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi təyin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki