Qarabağ Universitetindən tələbələr arasındakı insidentə reaksiya

Qarabağ Universiteti tələbələr arasında baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ali təhsil müəssisəsindən Referans Media-ya verilən məlumata görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.

Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verildiyi bildirilib.

“Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb”, – deyə qeyd olunub.

Xatırladaq ki, Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyinə dair iddialar yayılıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki