Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Referans Media xəbər verir ki, zərərçəkən "Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.
Araşdırma aparılır./AZXEBER.COM/
