İcarəyə verilən “Toyota”nın ehtiyat hissələrini taladı

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxsi polis saxlayıb.

Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Abşeron rayonunda qeydə alınan hadisə üzrə zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2 min manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq tutulub. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki