Sahibkarlara qarşı külli miqdarda mənimsəmədə təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Referans Media xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.
Elan edilmiş ittihamla Nadir Allahverdiyev özunü təqsirli hesab etməyib.
Daha sonra sübutların ardıcıllığı ilə Nadir Allahverdiyevin sərbəst ifadəsi dinlənilib.
O, ifadəsində bildirib ki, Kamran İsayevə 28 min manat yox, 17 min manat borcu olub.
"Onunla alver münasibətim olub, hər hansı dələduzluq kimi problem olmayıb heç vaxt. 28 min manat borcum olub, ödəmişəm 17 min manatlıq mal qalıb aramızda".
Təqsirləndirilən digər epizodlarla da bağlı ona verilmiş ittihamları qəbul etməyərək bütun bunları onunla birgə biznes fəaliyyətini həyata keçirlən şirkətlərin planı kimi qiymətləndirib.
Təqsirləndirilən şəxs vurğulayıb ki, həmin şəxslərlə müxtəlif ərzaq və qeyri arzaq məhsullarının alqı-satqısını həyata keçirdib. Eyni zamanda ona da külli miqdarda müxtəlif iş adamlarının borcu oldugu üçün ödəməli olduğü borclarını ödəyə bilmədiyini deyib.
Növbəti proses dekabrın 7-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs sahibkarlara qarşı dələduzluq etməkdə ittiham olunur. O spirtli içkiləri və ət satışını həyata keçirən şəxslərdən məhsulu alıb və satışı həyata keçirdərək pulunu qaytarmayaraq zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurub.
İttiham edilən şəxs istintaq dövründə zərərcəkmişlərə 40 min manat ödəniş edib. Onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxs qismində “Polad SR” MMC, “Organic Line” QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC hüquqi şəxs və Kamran İsayev tanınıb.
Təqsirəndirilən Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli-miqdarda törədikdikdə) maddəsi ilə ittiham edilir.
