Almaniya Silahlı Qüvvələrinin Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Mexernix şəhərindəki hərbi obyektinin üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb.
Referans Media xəbər verir ki, obyektin üzərində 6 PUA uçuşunun müşahidə edildiyi bildirilsə də, Bundesverin Operativ Komandanlığı ərazi üzərində iki uçan obyektin qeydə alındığını təsdiqləyib.
İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, daha öncə Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz olunmuş PUA aşkarlanmışdı. Məsələ ilə bağlı bu gün Almaniya Milli Təhlükəsizlik Şurasının iclası keçirilib../Publika.az
